Azərbaycan İdeyası

Azərbaycanda görünməmiş olay - Vergilər Nazirliyinin yüksək vəzifəlisi sahibkarın obyektini əlindən alıb

Tarix:6-07-2018, 17:58
Baxış Sayı:276

 Azərbaycanda görünməmiş olay - Vergilər Nazirliyinin yüksək vəzifəlisi sahibkarın obyektini əlindən alıb


Azərbaycanın ilk sahibkarlarından biri olan “GÜLLÜBULAQ” MMC-nin sahibi Adığözəlov Füzuli Qəşəm oğlu sensasiya sayıla biləcək olayla üzləşib.
Füzuli Adıgözəlov KİV-lərə ünvanladığı müraciətində yazır ki, 1995-ci ildə təsis etdiyi bu MMC-ni Vergilər Nazirliyinin yüksək vəzifəli bir şəxsi ələ keçirib: “Bildirim ki, 1995-ci ildə təsis etdiyim “GÜLLÜBULAQ” MMC-nin 25 faizini (təxminən 5 milyon dəyərindəki pay, 2500 dollarla saxta sənədlərlə) Verginlər Nazirliyində yüksək vəzifə tutan bir şəxs tərəfindən əlimdən alınıb. . Həmin vaxtdan mənim MMC-nin fəaliyyətindəki tam məhdudlaşdırılıb. hazırda müəssisəyə daxil olmağıma belə qadağa qoyulur. Bu gün hüququ olaraq əlimdə qalan 25 faizin olmasına baxmayaraq, məni oraya buraxmırlar. Vaxtilə işə götürdüyüm mühafizə xidmətini, digər personalı təzələyərək müəsissənin qapıları üzümə bağlanıb. Bundan başqa digər mlaklarımı və MMC-dəki qalan payımı ələ keçirmək üçün davamlı şantaj və təhdilərlə üz-üzəyəm. Mən hüquqi yolla özümün haqqımı müdafiə etməyə başlamışam”.
İş adamı məktubunun sonunda haqqının tanınmayacağı halda həmin şəxsin qanunsuz əməllərini ictimailəşdirəcəyini bəyan edib: “Təəssüf ki, o, bəzi hörmətli şəxslərin adını çəkir. İnanmaq istəmirəm ki, onun bu qanunsuzluğuna görə kimsə ona dəstək versin”.
Füzuli Adıgözəlov bu gün media nümayəndələrinin iştirakı ilə öz müəssisəinə gedəcəyini də deyib.
Mövzuya qayıdacağıq.(gununsesi.info)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı