Azərbaycan İdeyası

Naxçıxanlı deputat toylarda yemək qadağasından danışdı

Tarix:17-08-2018, 17:25
Baxış Sayı:215

 Naxçıxanlı deputat toylarda yemək qadağasından danışdı


Naxçıvanda toylarda yeməklərə qadağa qoyulması barədə deyilənlər ağ yalandır. Bu, Naxçıvandakı uğurları, inkişafı, nailiyyətləri gözü götüməyən insanların növbəti qarayaxma kampaniyasıdır. Belə bir məsələ Naxçıvanda görülən işlərin ruhuna, mahiyyətinə də uyğun gəlmir.
Bunu Oxu.Az-a açıqlamasında əslən Naxçıvandan olan və Muxtar Respublikanı Milli Məclisdə təmsil edən millət vəkili, akademik İsa Həbibbəyli bir sıra media orqanlarında və sosial şəbəkələrdə yer alan “bundan sonra Naxçıvanda toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb” tipli məlumatlara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, toylar sərbəstdir, heç kim bu məsələyə müdaxilə edə bilməz.
“Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında çoxlu sayda şadlıq evləri, restoranlar tikilir, hotellərin ətrafında toy, şadlıq məclisləri üçün yerlər nəzərdə tutulur.
Odur ki, bu yöndə gedən müzakirələri, məlumatları ağ yalan hesab edirəm. Bunlar gözügötürməzlikdən irəli gəlir.
Bəzilərinin Naxçıvandakı inkişafı, uğurları, nailiyyətləri gözləri götürmür və qəsdən belə məlumatlar yayılar. Heç bir əsası yoxdur”, - deyə İ.Həbibbəyli əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı