Azərbaycan İdeyası

Milyonluq dələduzluq iş - Xəzinədarlıq İdarəsinin müdirinin qardaşı da zərərçəkmişdir

Tarix:7-09-2018, 13:49
Baxış Sayı:217



 Milyonluq dələduzluq iş - Xəzinədarlıq İdarəsinin müdirinin qardaşı da zərərçəkmişdir
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırovun məhkəməsi keçirilib. Digər təqsirləndirilən Nazim Mustafayev barəsində isə həbs qərarı verilməyib, o hazırda azadlıqdadır.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihamda yazılır ki, İ.Xıdırov dələduzluq əməllərini N. Mustafayev vasitəsilə törədib.
Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıblar.
Bu cinayət işi üzrə Elxan Muradov 610 min zərər çəkib. Digər zərərçəkmişlər də var. Ümumi ziyan 1 milyona yaxındır.
Elan edilmiş ittihamla hər iki şəxs də özünü təqsirli bilməyib.
Məlum olub ki, zərərçəkmişlərdən biri Elxan Muradov biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollarchr("39") onun xalasından da eyni məbləğdə pul alıb.
Zərərçəkmiş Elxan Xıdırov məhkəmədə ifadə verərək deyib kichr("39") 2004-cü ildən fərdi sahibkarlıqla məşğuldur: "Bir neçə obyektim varchr("39") arendaya vermişəm. Həm də xaricdən telefon gətirib dükanımda satıram. 2015-ci ildə bir obyekt də alıb arendaya vermək istəyirdim. Ora baxmağa gedəndə əmimi də ağsaqqal kimi özümlə apardım. Obyektə baxıb qayıdandan sonra əmim dedi kichr("39") burdan aylıq nə qədər pul götürəcəksənchr("39") təxminən aylıq 1200 manat alacağımı dedim. Əmim dedi kichr("39") obyektə verəcəyin pulu mənə verchr("39") sənə ayda təxminən 10 min manat qazanc verim. Mən əmim olduğuna görə etibar edirdimchr("39") həm də şirnikləndim".
Zərərçəkmiş söyləyib ki, əmisi xaricdən kompressor gətirib satacağını deyib:
"Birindən 12-14 min manat qazanc qalacaq. İlk olaraq məndən 20 min dollar istədichr("39") verdim. Təxminən bir ay sonra gəlib dedi, avadanlıqlar gömrükdədirchr("39") ora ödəyib malları götürmək üçün 30 min dollar da lazımdır. Onu da verdimchr("39") sonra eşitdim kichr("39") əmim Qazaxıstana qaçıb. Oğlu Samirlə neçə dəfə danışdımchr("39") özüylə də yazışdım. Gah deyirdi, orda dəmiryol relsi satırchr("39") gah deyirdi, soğan işinə girişib. Hər dəfə də məni aldadırdı. Əmim burda bir neçə nəfərdən pul alıb Qazaxıstana 400 min manatla getmişdi".
Pulunu tələb edən zərərçəkmiş hədələndiyini deyir:
"Pulumu qaytarmağını tələb edəndə onların ailəsi mənə şər atmağa başladılar. Nənəmi öyrətmişdilərchr("39") o da polisə zəng edib mənim onu söyüb-döydüyümü demişdi. Abşeron polisində iş araşdırıldıchr("39") mən də ifadə verdimchr("39") işə xitam verildi. İlham Xıdırov xalamdan da iş qurmaq adı ilə pul alıb. Bu məsələdə onun oğlu Samir də prosesin içindədir. Samir dəfələrlə gedib xalamgilin evindən pulu götürərək atasına verib. Əmim burda olanda Rusiyadan bir neçə kompressor gətirtmişdi. O qaçandan sonra ziyanın bir hissəsi ödənsin deyə onları satmaq istədim. Məlum oldu kichr("39") bu avadanlıq istismar müddətini başa vurduğu üçün indi onları işlətmək xeyir yoxchr("39") ziyan verir. Bu kompressorlar neft sənayesində istifadə olunurchr("39") təzyiqlə nefti quyudan çölə vurur. Onla yararsız halda olduğu üçün sata da bilmədik".
Elxan Xıdırov deyib ki, mülki iddiaçı kimi tanınmağa görə istintaqa müraciət edib: "Buna görə də onun Saray qəsəbəsində yerləşən evinə həbs qoyuldu. İndi həmin evdə ailəsi yaşayır. Əmim mənimlə görüşəndə "Mercedes GL" chr("39") "Honda Pilot" və "Nissan Juke" sürürdü. Amma istintaqda onun adına maşın olmadığı bəlli oldu".
Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.
Qeyd edək kichr("39") bu işin istintaqı zamanı təqsirləndirilən İ.Xıdırovun oğlu Samir Xıdırov Daxili İşlər Nazirliyinə açıq müraciət edərək digər zərərçəkmiş Elxan Muradlının "Tensar" şirkətində çalışdığını bildirib və mətbuata açıqlamasında əlavə edib kichr("39") E.Muradlının qardaşı Etibar Muradov Nəsimi rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir. Musavat.com [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?