Azərbaycan İdeyası

“Televiziyalardan gic-gic verilişləri, əxlaqsız, mənəviyyatsız adamları yığışdırmaq lazımdır”

Tarix:14-08-2018, 12:15
Baxış Sayı:445



 “Televiziyalardan gic-gic verilişləri, əxlaqsız, mənəviyyatsız adamları yığışdırmaq lazımdır”
"Özəl televiziyalar bilərəkdən və ya bilməyərəkdən, qəsdən eybəcər-eybəcər mahnıları təbliğ etməklə məşğuldurlar"
Ermənilər aprel döyüşləri ilə bağlı “Cənnət qapısı” adlı film çəkirlər. Çəkilişlər Şuşada, Xankəndidə və Xocalının bir neçə kəndində aparılır. Məğlub olduqları aprel savaşı haqda film çəkən ermənilərdən fərqli olaraq biz isə qalib olduğumuz döyüş haqqında heç bir film çəkməmişik. Heç bu mövzuya toxunan da yoxdur. Efirlərimizi həmişə olduğu kimi bayağı yerli seriallarımız zəbt edib.
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov Moderator.az-a açıqlamasında ermənilərin həmişə olduğu kimi öz qəhrəmanlıqlarını ağ yalan üzərində qurduğunu bildirdi:
“Ənənəvi olaraq dünyada mövcud olmayan Ermənistan deyilən Qərbi Azərbaycanı da, mövcud olmayan erməni adlı bir xalqı da və heç vaxt olmayan torpaqları və mədəniyyətlərini də ancaq yalançı erməni alimləri özlərindən düzüb-qoşub yaradıblar. Dünya tarixində, sırasında heç vaxt belə ölkə və xalq olmayıb, hər şey yalandır və bu ağ yalanın da başında erməni ideoloqları durur. Dünyanın gözü qarşısında məğlub olduqları aprel döyüşləri haqqında və Naxçıvandakı məğlubiyyətlərinə rəğmən bu tayfa toplumu bütün fəaliyyətini ağ yalan üstündə qurub. UNESCO-nun elmlə bağlı bir qərarı var və orda qeyd olunur ki, tarixi mövzularda araşdırlamalar aparanda qətiyyən erməni mənbələrinə istinad olunmasın”.
Şeyx Əbdül televiziyalarımızdakı verilişləri də tənqid edib:
“Bizim televiziyalarda bölgə musiqilərini təbliğ edirlər. Buna qadağa qoymaq lazımdır. Bizim özəl televiziyalar bilərəkdən və ya bilməyərəkdən, qəsdən eybəcər-eybəcər mahnıları təbliğ etməklə məşğuldurlar. Neçə illərdir Şah İsmayıl Xətaini, Nadir Şahı gündəmə gətirə bilmirik. Bunlara belə bir ixtiyarı kim verib?! Şəxsi münasibətlər televiziyalara keçib. Televiziyalarımızdan gic-gic verilişləri, əxlaqsız, mənəviyyatsız adamları yığışdırmaq lazımdır. Xalq ona görə geri çəkilib, çünki hər şeyi yaxşı bilir”.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI