Azərbaycan İdeyası

“Elə böyük şəhərlərimiz var ki, orada kitab mağazaları yoxdur”

Tarix:15-11-2018, 16:39
Baxış Sayı:205


  “Elə böyük şəhərlərimiz var ki, orada kitab mağazaları yoxdur”

“Düşünürəm ki, Azərbaycanda da hələ xeyli kitab mağazalarının açılamasına ehtiyac var”.

Bunu Moderator.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu bildirib. Ş.Xuduoğlu deyib ki, kitabla bağlı layihələrin təşkil edilməsinə ehtiyac var: “Hər iki-üç min adama bir kitab mağazası düşməlidir. Avropa ölkələrinin şəhərlərində əsasən bu cür ölçü götürülür. Düşünürəm ki, Azərbaycanda hələ xeyli sayda kitab mağazalarının açılamasına ehtiyac var. Kitab mağazalarının yerləşməsi düzgün təşkil olunmalıdır. Məsələn, Bakının mərkəzində kitab mağazaları açılır, amma şəhərdən qıraqda bu cür mağazalar yoxdur. Bizim elə böyük şəhərlərimiz var ki, orada da kitab mağazaları yoxdur”. Ş.Xuduoğlu kitab alıcılarının sayının artdığını da qeyd edib: “Kitab alıcılarının sayı qənaətbəxş olmasa da, artım var. Xüsusi qeyd etmək istəyirəm ki, yazıçı Kamal Abdulla bu istiqamətdə tarixi əhəmiyyəti olan bir addım atdı. O, tələbələrə tapşırıq verdi ki, aldığınız kitabın qəbzini universitetə təqdim etməklə kitaba verdiyiniz pulu geri ala bilərsiniz. Əgər təhsil ocaqları bu addımı təkrarlayarsa, onda əlbəttə ki, kitab satışında xeyli dönüş yaranmış olar. Əvvəlki illərə nisbətən kitab satışı, kitab oxuyanların, kitabla bağlı tədbirlərin sayı artıb. Amma təhsil ocaqları buna gərək xüsusi önəm versin. Məktəblər və kolleclər açılır, amma onların kitabxanaları demək olar ki, yox səviyyəsindədir. Tələbələrin vasitəsi ilə onlar gərək öz kitabxanalarını zənginləşdirsinlər”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı