Azərbaycan İdeyası

Mağazalardan rüşvət alanların məhkəməsi başladı

Tarix:20-11-2018, 14:20
Baxış Sayı:251

 Mağazalardan rüşvət alanların məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
S.Vəliyev və E.Rzayev ittiham üzrə özlərini qismən təqsirli bilib.
Prosesdə ifadə verən E.Rzayev bildirib ki, o özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib: “Əvvəl Sahibkarlıq Hüquq Cəmiyyətində işləmişəm. Həmin cəmiyyətin vəsiqəsi olub, sədrimiz isə Əli Babayev idi. Orada sahibkarlara könüllü olaraq təlim keçirdim. Buna görə də sahibkarlardan zəhmət haqqı alırdım. Bir çox mağazalar bizim təklifimizi qəbul etmişdi. Gedib orada vaxtı keçmiş malları aşkar edirdik və sonra sahibkarlara başa salırdıq. Əvvəl mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı. Ümumiyyətlə agentliyin adından istifadə etməmişik. Sonra cəmiyyət ləğv edildi və vəsiqəni Əli müəllimə verə bilmədik”.
Qeyd edək ki, faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət ğöstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı