Azərbaycan İdeyası

"Prezident sizə qoyun verib, gərək otarmağa torpaq da verəydi" Füzulidə qonşularının örüş yerlərini zəbt edən imkanlı qardaşlar ölkə başçısına "dil uzadırlar"

Tarix:17-12-2018, 14:28
Baxış Sayı:512

Redaksiyamıza Füzuli rayonunun Qayıdış-6 və Qayıdış-7 qəsəbələrinin sakinləri Hacıyev Amid Şükür oğlunun və qeyrilərinin müraciətnaməsi daxil olmuşdur. 22 nəfərin imza atdığı müraciətnamədə bildirilir ki, 9 saylı qəsəbədən olan Faciət və Fəttah qardaşları onların örüş-otlaq sahələrini tut bağı adı ilə qanunsuz olaraq zəbt edərək əkiblər.
Sakinlər yazırlar ki, yaşadıqları qəsəbələrdə əhali içməli suya olan tələbatını da suvarma suyu hesabına ödəyir. Bu azmış kimi, işğalçı qardaşlar onların xəttinə qoşularaq əkdikləri torpaqları su ilə təmin edirlər ki, bu da əlavə su çatışmazlığı problemi yaradır.
Müraciətnamədə o da qeyd olunur ki, sözügedən qəsəbələrdə cənab Prezidentin göstərişinə əsasən, özünüməşğulluğun təminatı proqramı çərçivəsində bir neçə vətəndaşa mal-qara verilmişdir. Amma örüş zəbt olunduğundan onları otarmağa yer tapılmır. Yazırlar ki, Faciət onlara belə cavab verib: "Prezident sizə qoyun verəndə gərək torpaq da verəydi. Heç kimdən qorxmuram, gedin, kimə istəyirsiz, şikayət edin".
Naçar qalan vətəndaşlar müraciətnamələrində belə bir sual ortaya qoyurlar: "Bahalı maşınlarda gəzən bunlar, villalarda yaşayan bunlar, sürü ilə heyvan saxlayan bunlar, qanunsuz torpaq əkən bunlar, Prezidentə "dil uzadan" da bunlar?"
Sakinlər əlaqədar instansiya rəhbərlərindən xahiş edirlər ki, onların örüş-otlaq sahələrinin boşaldılmasını təmin etsinlər. Faciət və Fəttah ilə heç bir ədavətləri yoxdur, amma qardaşların hərəkətləri həm onlara, həm də qanunlara qarşı hörmətsizlikdir.


Amid Haciyev

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı