Azərbaycan İdeyası

“İnsanların çata biləcəyi ən uca zirvə şəhidlikdir...”- Hacı Şahin...

Tarix:20-12-2018, 15:47
Baxış Sayı:294

 “İnsanların çata biləcəyi ən uca zirvə şəhidlikdir...”- Hacı Şahin...

“M.İbrahimov Azərbaycanımızın tarixində özünəməxsus bir yeri olan şəhidlərimizdəndir, çünki o, atəşkəs dövründə fədakarlıq əhval-ruhiyyəsinin yenidən gənclər arasında yaramasına xidmət etdi”
“Şəhid ona görə əziz və dəyərlidir ki, bütün varlığını mənsub olduğu millətə fəda edir”
Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidini axundu Hacı Şahin Həsənli deyib. Hacı Şahin bildirib ki, “Qurani-Kərim”də şəhidlik ən uca zirvə sayılır:
“Şəhidlik məlum olduğu kimi insan üçün ən uca zirvədir. “Qurani-Kərim”də, “Şəhidi ölü sanmayın” və yaxud “Şəhidlərə ölü deməyin” deyə ayələr var. Peyğəmbərimiz tərəfindən nəql olunan hədislərdə qeyd olunur ki, “İnsanların çata biləcəyi zirvə müxtəlifdir və onların içində ən ucası şəhidlikdir”. Şəhid ona görə əziz və dəyərlidir ki, bütün varlığını mənsub olduğu millətə fəda edir”.
Hacı Şahin Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında səsləndirilən qalmaqallı fikirlərə də münüasibət bildirib:
“Bizim əziz şəhidlərimizdən biri də Milli Qəhrəmanımız Mübariz İbrahimovdur. M.İbrahimov Azərbaycanımızın tarixində özünəməxsus bir yeri olan şəhidlərimizdəndir, çünki o, atəşkəs dövründə fədakarlıq əhval-ruhiyyəsinin yenidən gənclər arasında yaramasına xidmət etdi. Ona görə də onun haqqında səsləndirilən fikirlər düşünürəm ki, kökündən yalnışdır. Əli silahlı bir düşmən Azərbaycan torpağını işğal edibsə, onu dinc insan kimi təqdim etmək tamamilə yalnış yanaşmadır. O torpaqlar Azərbaycan torpağıdır və erməni əsgəri əlində silah bizim torpaqlarımızı işğal edibsə, biz deyə bilərik o, əsgərin nə günahı var. Ümumiyyətlə, sülh çağırışları hər zaman dəstəklənir, amma bu çağırış ədalətli olarsa, o zaman bəyənilə bilər. Bir halda ki, torpaqlarımız işğal olunub və hər hansı bir Azərbaycan əsgəri bu yolda şəhid olursa, onu qınamaq, yalnış fikirlər səsləndirmək məncə xalqın dəyərlərinə qarşı təhdiddir”.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026