Azərbaycan İdeyası

Ölü yiyələri mollalardan imtina edir: ““Quran” “Youtube”dan oxudulur”

Tarix:13-07-2017, 13:06
Baxış Sayı:350

 Ölü yiyələri mollalardan imtina edir: ““Quran” “Youtube”dan oxudulur”

Sosial şəbəkələr həyatımıza tamamilə sirayət edib. Bunlardan biri də qəbir üstündə molla tərəfindən “Quran” oxunmasının səs yazısı ilə əvəzlənməsidir. Bəziləri yalançı, nə oxuduğunu özündən başqa heç kim bilməyən mollaya 3-5 manat verib “Yasin” oxutdurmaqdansa, elə telefonda səs yazısı, yaxud “Youtube”dan “Quran” oxuyanın videosunun izlənilməsini daha məqbul hesab edir. Hətta bunu namaz vaxtı telefonlarda azan oxunması ilə müqayisə edənlər də var...
Moderator.az-ın məlumatına görə, Korrupsiya və Qanun saytı bildirr ki, ilahiyyatçı, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli modern.az-a deyib ki, qəbir üstündə “Quran” oxunmasının Allah qatında savabı çoxdur: “İslamda dünyadan köçmüş insan üçün “Quran”ın savabının hədiyyə edilməsi var. Bəzən soruşurlar ki, ölüyə niyə “Quran” oxunur? Əslində, ölüyə “Quran” oxunmur. “Quran“ın savabı dünyadan köçmüş insana hədiyyə edilir. Necə ki, istənilən insan özündən sonra bir kitab yazıb qoymuş olsun, məscid tikdirmiş olsun, xeyriyyə evi, yaxud qonaqlar üçün yataqxana tikdirmiş olsun, bir bulaq qazdırsın və s. Bütün bunların savabı öləndən sonra da ona çatır. “Quran” oxunan zaman həm də onu oxuyan savab qazanır, bir şərtlə ki, bilən adamlar tərəfindən düz oxunsun”.
Hacı Şahin bildirir ki, İslam “Youtube”dan, yaxud hansısa səs yazısından “Quran” oxunmasını, dinlənilməsini qadağan etmir: “Amma “Quran”ın canlı oxunması tamamilə başqadır. Burada “Quran”ın özü ilə insanların təması çox bəyəniləndir. Qəbir üstündə “Quran”ın səs yazısından səslənməsi dini baxımdan qadağan olunmasa da, mən bunu düzgün hesab etmirəm. Azan məsələsi tamamilə fərqlidir. Azan məscidlərdə canlı oxunur. Sadəcə, bəzi proqramlar var ki, telefona yazdırmaqla namazın vaxtını bilmək olur. Amma “Quran”ın oxunması mahiyyət etibarilə fərqlidir. Hətta mən tövsiyə edirəm ki, “Quran” ərəbcə oxunduqdan sonra tərcüməsi də deyilsin, izah edilsin”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı