Azərbaycan İdeyası

Metroda qızıl üzük tapan jurnalistdən nümunəvi hərəkət – Sahibi axtarılır

Tarix:25-01-2019, 17:22
Baxış Sayı:421

  Metroda qızıl üzük tapan jurnalistdən nümunəvi hərəkət – Sahibi axtarılır
Yanvarın 24-də axşam evə gedərkən metronun “20 Yanvar” stansiyasının perronunda nişan üzüyü tapan Avropa.info xəbər portalının baş redaktoru Rəsul Mirhəşimli onu polisə təhvil verib.
Avropa.info xəbər verir ki, bu barədə R.Mirhəşimli özü məlumat yayıb:
“Üzük tapılan vaxt təxminən saat 20:43 olardı. Tapdığım üzüyü metro stansiyasındakı polis əməkdaşlarına təhvil verdim. Polis işçiləri akt tərtib edib, üzüyü təhvil aldılar. Bildirdilər ki, üzüyü itirən şəxs əgər onu bu stansiya ərazisində itirdiyini ehtimal edərsə, bir həftə müddətində onlara müraciət edə bilər. Kamera görüntülərinə baxış keçirərək, üzüyün həmin şəxsdən düşüb, düşmədiyi müəyyən ediləcək və sahibinə qaytarılacaq. Əgər bir həftə ərzində sahibi tapılmazsa, üzük Bakı Şəhər Baş Polis İdarəsinin itən əşyalarla bağlı bürösonu təqdim ediləcək”.
O qeyd edib ki, üzük stansiyanın perronunda “Dərnəgül” istiqamətinə gedən qatarların birinci və ikinci vaqonlarına yaxın ərazidə tapılıb. Üzüyü taparkən iki həmkarı da onunla bir yerdə olub:
“Dua edək ki, Allahın izni ilə üzüyün sahibi tezliklə tapılsın. Nişan üzüyünün itirilməsi üzüntüsündən onu itirən şəxs tezliklə qurtarsın, inşəAllah!”

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı