Azərbaycan İdeyası

DİN bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ: Əgər...

Tarix:5-02-2019, 12:09
Baxış Sayı:233


 DİN bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ: Əgər...

Fevralın 2-si saat 21 radələrində Binəqədi Rayonu 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib.
Publika.az a istinadla xəbər verir ki, Binəqədi Rayon Mühafizə İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Elşən Əsgərov saxlanılıb. Bölmədə onun üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1,208 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
7-ci Polis Bölməsində E.Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun cari ilin yanvarın 25-dən 31-dək olan müddətdə Binəqədi rayonu ərazisində daha 4 mənzildən məişət əşyaları, 3 ədəd velosiped və digər əşyalar oğurladığı məlum olub.
Faktla bağlı 7-ci Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Oğurluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi RPİ və ya 7-ci PB-nə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI