Azərbaycan İdeyası

Bakıda qadına heroin satan şəxs ələ keçdi

Tarix:29-01-2018, 16:51
Baxış Sayı:383

  Bakıda qadına heroin satan şəxs ələ keçdi
Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səkinə Əliyeva olduğu məlum olub. Baxış zamanı ondan heroin götürülüb.
Əməliyyat yolu ilə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini ona satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədzadə də saxlanılıb. Ondan 0,288 qram, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 170 qram heroin aşkar edilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Cəfərov Bakı Dəmir Yolu Vağzalında saxlanılıb. Baxış zamanı ondan 400 qram marixuana aşkar edilib.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı