Azərbaycan İdeyası

Azərbaycanda bələdiyyə sədri vergi müfəttişini ölümcül döyüb – Reanimasiyadadır

Tarix:15-03-2019, 13:05
Baxış Sayı:426

 Azərbaycanda bələdiyyə sədri vergi müfəttişini ölümcül döyüb – Reanimasiyadadır


Bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.
Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında martın 9-da dava baş verib.
İstixeber.info xəbər verir ki, bu haqda Ü.Hüseynovun qohumları məlumat verib.
Məlumata görə, davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.
Qohumlarının sözlərinə görə, əlbəyaxa dava zamanı Ürfət həddən artıq əsəb sarsıntısı keçirdiyi üçün hüşünu itirərək yerə yıxılıb. Ürfət Hüseynov hazırda Respublika Klinik Xəstəxanasında reanimasiyadadır.
Respublika Klinik Xəstəxanasından verilən məlumata görə, Masazır Bələdiyyəsinin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu xəstəxananın ikinci reanimasiya şöbəsindədir və hazırda vəziyyəti ağır qiymətləndirilir.
O da bildirilir ki, S.Əliyev daha əvvəl də başqa bir bələdiyyə üzvü ilə dalaşıb, onu başına butulka ilə vurub xəstəxanalıq edib. Lakin sonradan bu işin üzərini örtüb böyüməsinə mane olub. (yenisabah.az)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı