Azərbaycan İdeyası

Elinanın intiharı ilə bağlı ŞOK FAKTLAR - Videolar təqdim edildi

Tarix:11-04-2019, 11:49
Baxış Sayı:199


Aprelin 4-də Səbail rayon 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan və yerləşdirildiyi xəstəxanada vəfat edən 14 yaşlı Elinanın intiharı ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.
Korrupsiya-q.az xəbər verir ki, istintaq prosesi çərçivəsində xeyli şəxsin ifadəsi alınıb. Onlardan bəziləri birbaşa istintaqa cəlb edilib ki, bu şəxslər arasında Elinanın yaxın dostu, məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov da var.
İlkin araşdırmalar zamanı yeniyetmə qızın həmin şəxslə xeyli müddət münasibətinin olması, birgə əyləncə yerlərinə getməsi və sair nüanslar dəqiqləşərək materiallar toplanıb. H.Namazov istintaqa cəlb edilərək ifadəsi alınıb.
Araşdırma prosesi zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, yeniyetmələrə narkotik vasitələrin hansı yollarla ötürülməsi iddiaları da müvafiq qaydada araşdırılır.
Qeyd edək ki, istintaqa Elinanın Hüseynlə birgə müxtəlif videoları təqdim edilib. Həmin videolarda onların qeyri-adi hərəkətlər etdiyi, özlərində olmaması və ya birgə siqaret çəkərək əylənməsi və sair əks olunub.
Qeyd edək ki, H.Namazovun ölkədən qaçırılacağı ilə bağlı məlumatlar yayılıb. Gənc oğlan polis nəzarətindədir və onun ölkədən çıxışı mümkün deyil. Hazırda cinayət işinin istintaqı davam etdirilir.
İstintaqa cəlb edilmiş və istintaq altında olan gəncin bəzi fotolarını təqdim edirik.

 Elinanın intiharı ilə bağlı ŞOK FAKTLAR - Videolar təqdim edildi

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı