Azərbaycan İdeyası

Həkimdən azyaşlının səhhəti ilə bağlı “kritik müddət” açıqlaması

Tarix:23-04-2019, 16:12
Baxış Sayı:197



Üzünü it parçalayan 4 yaşlı Hüseyn Məmişovda quduzluğun heç bir əlaməti yoxdur. Uşağın vəziyyəti normaldır və müalicəsi sxem üzrə davam etdirilir.
Bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.
Həkimin sözlərinə görə, uşağın tez bir zamanda sağalması üçün zəruri olan bütün tədbirlər həyata keçirilir:
“Uşağın üzündə ciddi yara var idi. Biz onu bərpa etdik. Gözləyirik yara sağalsın, tikişləri çıxaraq. Bundan sonra H.Məmişovun müalicəsi 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdiriləcək. Müalicənin 3 ay və ya 6 ay müddətinə davam edəcəyinə infeksionist həkimlər qərar verəcək”.
M.Cəfərov deyib ki, hazırda zərdabların vurulması davam edir: “Quduzluqla bağlı kritik müddət sayılan “40 gün” gözlənilməlidir. Bu müddət ərzində uşağa zərdablar vurulacaq. Sxematik müalicə mütləq davam etdirilməlidir.
Həkim onu da əlavə edib ki, H.Məmişovun həftəsonu evə buraxılacağı planlaşdırılır:
Xatırladaq ki, Sulutəpədə yaşadığı evin həyətində sahibsiz itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.
Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.
H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi əməliyyat edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı