Azərbaycan İdeyası

Oruc tutanlar susamamaq üçün nə etməli? - Ramazana az qaldı

Tarix:30-04-2019, 13:20
Baxış Sayı:217



Yaz-yay aylarına təsadüf edən Ramazan aylarında oruc tutanları ən çox düşündürən məsələlərdən biri susuzluqdur.

Ən azı aclıq qədər susuzluq da uzun müddət davam etdiyi üçün Ramazandan əvvəl bəzi qaydalara əməl etmək lazımdır.
Korrupsiya-q.az Türkiyə KİV-nə istinadən bildirir ki, mütəxəssislər Ramazan ayı başlamazdan əvvəl gündə iki litrdən başlayaraq yaş, kilo və cinsiyyətə görə ehtiyacınız olan suyu içməyinizi tövsiyə edir. Bu yolla orqanizmin suya ehtiyacını tarazlaşdırmış olacaqsınız. İmsakdan sonra oruca keçməzdən əvvəl bol su için. Əgər su içmək istəmirsinizsə, ayran, təzə sıxılmış meyvə suyu, çay içə bilərsiniz.
İftarınızı mütləq böyük stəkan su ilə açın.
Açdıqdan sonra biraz yemək yeyin, şorba için. Əsas yeməyə başlamazdan əvvəl ara verin. Bu ara həzm sistemini fəaliyyətə keçirəcək.
Əsas yeməyə keçdiyinizdə yeməklərinizin yanında mütləq bir stəkan su olsun.
İftar bitdiyində təxminən 1 litrə yaxın su içmiş olacaqsınız. Düzdür, bu itirdiyiniz suyu qarşılamağa yetmir, çünki gün ərzində 1 litr yarımdan çox su itirirsiniz.
İftarda çay və ya kofe içsənizdə, yatana qədər ən azı 1 litr su istehlakına diqqət edin.
İftardan sonra sidiyinizin rənginə baxın, əgər sidiyiniz açıq və solğun sarı rəngdədirsə, gün içində itirdiyiniz suyu qarşılamısınız deməkdir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı