Azərbaycan İdeyası

DİNİ KOMİTƏ “QALOŞ PİRİ”NDƏ ARAŞDIRMA APARDI

Tarix:12-06-2019, 15:28
Baxış Sayı:197



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə gündür ki, müzakirə olunan “Qaloş piri” məsələsinə münasibət bildirib.

“Qaloş piri” adlı görüntülər ilə əlaqədar komitə əməkdaşları Goranboy rayonunun Qurbanzadə kəndində olub, müvafiq araşdırma aparıblar. Sözügedən videogörüntülər Seyid Miribiş Ağa kimi tanınan, 1972-ci ildə vəvat etmiş Miribiş Məmmədovun ölümünün ildönümü münasibətilə təşkil olunmuş mərasimdən çəkilib. Belə ki, Seyyid Miribiş Ağanın övladları hər il atalarının ildönümündə mərasim təşkil edir, onlara başsağlığı verməyə gələnlərə ehsan paylayır. Mərasimə toplaşan şəxslərin əksəriyyəti həmin kəndin sakinləridir. Videoyazıda “qaloş” kimi təqdim edilən əşya isə əslində Seyyid Mirişin olduğu bildirilən papaqdır.
Komitə eyni zamanda bildirib ki, sözügedən ünvan ziyarətgah və ya pir kimi fəaliyyət göstərmir. Orada adi günlərdə hər hansısa mərasim icra edilmir və ianələr toplanılmır.
Bəs ziyarətgahlar qanunla necə tənzimlənir?
Komitənin cavabında bildirilib ki, ziyarətgahların tənzimlənməsi “Dini etiqad azadlığı haqqında” qanun, balansında olduğu dini mərkəz və ya icmanın nizamnaməsinə əsasən həyata keçirilir. Belə ki, Qanunun 21-ci maddəsinə əsasən dini qurumlar dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər.
Eyni zamanda, Azərbaycanda İslam dini qurumların tarixi mərkəzi Qafqaz Müsəlmanları İdarəsi və digər dini icmaların nizamnaməsində ziyarətgahların yaradılması və istifadəsi qaydaları müəyyən edilib. Komitənin sorğuya cavabında əlavə edilib ki, ibadət evi olmayan ziyarətgahlar Dövlət Komitəsində ayrıca subyekt kimi qeydiyyata alınmayıb, onlar hər hansısa məscidin, dini icmanın tərkibində fəaliyyət göstərə bilərlər.
Dövlət Komitəsi vurğulayıb ki, qurumun xurafata münasibəti birmənalı olaraq mənfidir və mütəmadi olaraq ölkə ərazisində dini maarifləndirmə işləri aparır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı