Azərbaycan İdeyası

DEPUTATIN 250 MİNLİK MAŞINI VAR? – AÇIQLAMA

Tarix:31-07-2019, 13:34
Baxış Sayı:147


Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli 250 min manatlıq avtomobilinin olması ilə iddiaya münasibət bildirib.
Korrupsiya-q.az xəbər verir ki, T.Kərimli “Report”a açıqlamasında deyib ki, bu iddianın əsası yoxdur.
Deputatın sözlərinə görə, sürücüsünün idarə etdiyi “BMW” markalı avtomobil 2004-cü il istehsalıdır: “Bu avtomobilin qiyməti 250 min manat necə ola bilər?! Əsası olmayan belə fikirləri mühacirətdə yaşayan biri tirajlayır. Onun qeyri-ciddi açıqlamalarına reaksiya vermək fikrim yox idi. Hətta bir dəfə demişdi ki, Tahir Kərimli İsmayıllıda işlədiyi vaxtda bir qadını üç dəfə eksqumasiya etdirib… İndi də daha bir yalan tirajlayıb. Bir başqası da demişdi ki, Tahir Kərimlinin qardaşına tikinti şirkəti hədiyyə edilib. Təəssüf edirəm ki, bəzi insanlar belə yalanlara inanırlar. Deyir ki, Tahir Kərimlinin əvvəllər heç nəyi yox idi, indi isə 200-300 min manatlıq avtomobil idarə edir. Əksinə, sovet dövründə qardaşlarımın, yeznələrimin, özümün ən müasir avtomobillərimiz var idi. Amma indi nə qardaşlarımın, nə övladlarımın avtomobili var. Oğlum dostunun “Niva” markalı avtomobilini idarə edir. Heç nəyim yoxdur, hər şeyimi itirmişəm, amma əvəzində dövlətimiz azad, müstəqil olub. İyirmi iki il maaş almamışam, qohumlarımın da bir hissəsi az müddət öncə müvəqqəti işlə təmin olunub. İxtiyarımda olan avtomobil Vəhdət Partiyasının qeydiyyatındadır. Bahalı avtomobilim də ola bilər, buna görə kimsə mənə söz deyə bilməz. Məmur deyiləm ki?! Bahalı avtomobilim yoxdur, təki olaydı… Açığı, avtomobili yeniləmək fikrim var, bu da təbii ki, imkana baxır… İnşallah, yeniləyəcəyik. Yalan informasiyalarla insanları gözdən salmaq olmaz. Biz deputat olmamışıq ki, özümüzə hansısa şəraiti quraq… Əməkhaqqımızı alırıq, vətənimizə, seçicilərimizə xidmət edirik”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı