Azərbaycan İdeyası

İsti və sulu qidalara üstünlük verin – Dietoloq məsləhəti

Tarix:24-09-2019, 15:52
Baxış Sayı:139



. Payızın gəlməsi ilə artıq yeni bir mövsümə keçmiş olduq. Yay aylarının geridə qaldığı, soyuq qış günlərinin yaxınlaşdığı payızda mövsüm dəyişikliyi ilə əlaqədar orqanizmin zəifləməsi ilə birlikdə bir çox xəstəliklər də qapımızı “döyür”. Soyuq havanın təsirindən qrip, öskürək, bronxit kimi qış xəstəliklərinin riski artır. Bu səbəblə də gün ərzində düzgün və sağlam qidalanmaq çox önəmlidir.
Bəs mövsüm dəyişkənliyində necə qidalanmaq lazımdır?
“Fəsil dəyişkənlikləri zamanı bəzi xəstəliklərin daha çox artımı görünür”
Mövzu ilə bağlı Azadinform-a danışan dietoloq Vüsalə Tağıyeva soyuq fəsillərdə qidalanmamıza xüsusi fikir verməli olduğumuzu ifadə edib: “İnsan sağlamlığına təsir göstərən faktorlardan biri də fəsil dəyişkənliyidir. Ani pisləşən hava şəraiti, temperaturun dəyişməsi insan orqanizminin buna uyğunlaşmasını çətinləşdirir. Bu zaman insan stressə girə, onun müqaviməti, immun sistemi zəifləyə bilir. Bu halda fəsil dəyişkənlikləri zamanı bəzi xəstəliklərin daha çox artımı görünür. Xüsusi ilə də ürək, təzyiq, şəkərli diabet xəstələri mövsüm dəyişkənliyinə daha çox həssas olurlar. Fəsil dəyişkənliyi hər bir insana fərqli təsir göstərə bilir. Bu bəzi insanlarda həm fizioloji, həm də psixoloji təsir yarada bilir. Bir çox insanda yuxusuzluq, halsızlıq, depressiya hallarına rast gəlinir. Bədənin müqaviməti və immun sistemi zəifləyir. Bu zaman isə ilk növbədə qidalanmamıza fikir verməliyik”.
“Əgər gündəlik 5-6 porsiya meyvə və tərəvəz qəbul etsək, orqanizmin mineral və vitaminlərinə olan tələbatını qarşılamış olarıq”
“Payız-qış aylarında temperatur endiyi üçün bədənin daha çox enerji verən qidalara tələbi artır”, - deyən dietoloq əlavə edib ki, bu zaman mütləq güclü antioksidan təsiri olan “A”, “B”, “C”, “E” vitaminləri, eyni zamanda maqnezium, selen, sink kimi minerallarla zəngin qidalardan istifadə etmək lazımdır: “Soyuq fəsillərdə kələm, gül kələmi, ispanaq, çuğundur, cəfəri, kök, sarımsaq, soğandan bol-bol istifadə etmək lazımdır. Vitaminlərlə zəngin olan mandarin, portağal, kivi, qreyfurt, alma kimi meyvələri də buna misal göstərmək olar. Əgər gündəlik 5-6 porsiya meyvə və tərəvəz qəbul etsək, orqanizmin mineral və vitaminlərinə olan tələbatını qarşılamış olarıq”.
“Orqanizmin enerji ehtiyacını ödəmək üçün daha çox isti və sulu şəkildə olan qidalara üstünlük vermək lazımdır”
V. Tağıyeva qeyd edib ki, orqanizm üçün çox faydalı olan “Omeqa 3” və “Omeqa 9” tərkibli qidalardan daha çox istifadə etmək məsləhətlidir: “Omeqa3” mənbəyi kimi balıq və balıq yağı, kətan toxumu və ya çərəzləri misal göstərmək olar. “Omeqa9”a isə daha çox bitki yağlarında rast gəlinir. Eyni zamanda orqanizmi isitmək, yəni enerji ehtiyacını ödəmək üçün daha çox isti və sulu şəkildə olan qidalara üstünlük vermək lazımdır. Payız və qış mövsümündə bitki çayları çox məsləhətlidir. Nanə, quşburnu, adaçayı, çobanyastığı kimi çaylardan gün ərzində istifadə edə bilərlər”.

OXŞAR XƏBƏRLƏR
Qanunsuz narkotik dövriyyədən çıxarılıb, 3 nəfər saxlanılıb
Qanunsuz narkotik dövriyyədən çıxarılıb, 3 nəfər saxlanılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqlədi
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqlədi
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Tramp-Zelenski görüşü başa çatdı - YENİLƏNİB
Tramp-Zelenski görüşü başa çatdı - YENİLƏNİB
Polis tərəfindən gecə saatlarında fasiləsiz xidmət təşkil edilib - FOTO+VİDEO
Polis tərəfindən gecə saatlarında fasiləsiz xidmət təşkil edilib - FOTO+VİDEO
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bakıda sursat aşkar edildi - VİDEO
Bakıda sursat aşkar edildi - VİDEO
Avtobuslarda gediş haqqı ilə bağlı VACİB XƏBƏR
Avtobuslarda gediş haqqı ilə bağlı VACİB XƏBƏR