Azərbaycan İdeyası

Səhiyyə Nazirliyi aprel qazisinə niyə yardım etmir?

Tarix:26-09-2019, 14:10
Baxış Sayı:103


Bir neçə gün əvvəl, Qarabağ döyüşlərinin iştirakçısı aprel döyüşü qazisi ehtiyatda olan baş gizir Əzimov Elşən Balaxan oğlu tərəfindən video yayılıb. Əzimov Elşən həmin video müraciətdə aprel döyüşləri zamanı kəllə beyin travması, baş beyin silkələnməsi, əsas ana sinir damarının zədələnməsi nəticəsində ayaqlarında və gözlərində problem olduğunu söyləyib. O, dövlət xəstəxanaları, dövlət qurumları və bir neçə məmurlara müraciət etməsinə baxmayaraq heç bir nəticənin olmadığını söyləyib. Müraciət etdiyi dövlət orqanlarının heç bir halda onunla əlaqə saxlamadığının və maraqlanmadıqlarını iddia edib.
Hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, aprel döyüşü iştirakçısı, Qarabağ döyüşlərinin iştirakçısı ehtiyatda olan baş gizir Əzimov Elşən Balaxan oğlu hələ 2017-ci ilin iyun ayının 1-də şikayətinin dinlənilməsi məqsədi ilə nazir müavini tərəfindən qəbul edilib:
"2017-ci il iyun ayının 28-də Əzimov Elşənə ikinci dərəcə əlillik təyin edilib. Onun növbəti müayinəsinin vaxtı 28 sentyabr 2022-ci ildə olacaq. Bundan başqa 2018-ci ilin noyabr ayında maddi yardım göstərilməsi üçün Əzimov Elşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanlayıb. Həmin məktub araşdırıldıqdan sonra vətəndaşa cavab məktubu göndərilib. Orada bildirilib ki, vətəndaşın müalicəsinin təşkili, aparılması, dərman vasitələri ilə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri xaricindədir. Vətəndaşa həmçinin bildirilib ki, əgər Səhiyyə Nazirliyinin "vətəndaşların respublikadan kənarda müalicəyə göndərilməsi məsələləri üzrə komissiyası"nın müvafiq rəyi olarsa, müalicə müəssisəsi tərəfindən verilən hesab faktura üzrə əlillərə və sağlamlıq imkanlarından məhdud uşaqlara göstərilən tibbi xidmətlərin dəyərlərinin ödənilməsinə büdcə imkanları daxilində köməklik göstərilir".
Qeyd edək ki, vətəndaşların dövlət tərəfindən respublikadan kənarda müalicəsi və ya dərman vasitələri ilə təmin edilməsi Səhiyyə Nazirliyinin öhtəliyindədir. Əzimov Elşən isə müvafiq orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq onlardan cavab ala bilmədiyini söyləyib. Biz mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilməyib.

OXŞAR XƏBƏRLƏR
Partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ
Partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ
Ov mövsümü bu tarixədək açıq elan edildi
Ov mövsümü bu tarixədək açıq elan edildi
Qan banklarının siyahısında dəyişiklik edildi
Qan banklarının siyahısında dəyişiklik edildi
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Sevir Vətənini səmimi-qəlbdən
Sevir Vətənini səmimi-qəlbdən