Azərbaycan İdeyası

APREL ŞƏHİDİMİZ HAQQINDA ÖZ YOLDAŞI DANIŞDI

Tarix:26-07-2019, 15:57
Baxış Sayı:210


Şəhid olmamışdan bir saat öncə görüşdük və sonra isə şəhid xəbəri gəldi”
ONN media xəbər verir ki, bunu aprel döyüşlərinin qazisi gizir Sərxan Məmmədov şəhid gizirimiz Elimdar Səfərov haqqında danışarkən deyib. S.Məmmədov onların çox yaxın dost olduqlarını bildirib:
“Elimdarla səkkiz il bir otaqda qalmışıq. Bu səkkiz il ərzində çox əhvalatlarımız olub. Bir dəfə dənizkənarı bulvarda gəzəndə bir qızla oğlan ətrafdakıları nəzərə almadan nalayiq hərəkətlər edirdilər. Onda Elimdar oğlanı çağırıb ona iradını bildirdi. Şəhərdə gəzirdik və ikimiz də kostyum geyinmişdik. Ağsaqqal bir kişi yaxınlaşıb dedi ki, “Mən fəxr edirəm ki, vətənin sizin kimi oğlanları var. İndi gənclərin çoxu elə geyinir ki, adam utanır”. Aprel döyüşlərində də erməni səngərindəydik. Xəbər gəldi ki, Elimdarın mərmisi qurtarıb. Mən mərmini göndərəndə gördüm ki, o, özü gəlib. Dedim ki, özün niyə gəlirdin, onsuz da indi yollayırdım. Mərmini götürüb tez getdi və çox keçmədi ki, şəhid oldu. Onda çox pis oldum, çünki ən yaxın dostumu, qardaşımı itirdim”.
Qeyd edək ki, bu gün şəhid gizirimiz Elimdar Səfərovun doğum günüdür.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı