Azərbaycan İdeyası

TƏHSIL NAZIRLIYI TƏHSILDƏN KƏNAR QALAN DOQQUZ YAŞLI ŞAGIRDI MƏKTƏBƏ QAYTARDI

Tarix:22-01-2020, 15:03
Baxış Sayı:100

Ağdaş rayon sakini Novruzlu Polad İlqar oğlunun təhsildən kənar qalması ilə əlaqədar Təhsil Nazirliyinə mediadan daxil olan məsələ yerində araşdırılıb.

Nazirlikdən oxu.az-a verilən məlumata görə, Ağdaş şəhəri M.İsayev adına tam orta məktəbin III sinfində təhsil alan Polad Novruzlunun ailəsi 2019-cu ilin yanvar ayının sonlarında yaşayış yerini dəyişərək Bərdəyə köçüb.
Valideynlərinin müraciətinə əsasən, o, Bərdə rayonu Hacılar kənd ümumi orta məktəbinin müvafiq sinfinə qəbul edilərək təhsilini davam etdirib. Lakin bir müddət sonra ailənin yenidən yaşayış yerini dəyişərək, Ağdaş rayonuna köçməsi səbəbindən Polad Novruzlu məktəbə getməyib və təhsildən kənarda qalıb.
Məsələ ilə bağlı Ağdaş Rayon Təhsil Şöbəsinin əməkdaşları həmin ailənin yaşadığı evə gedərək Polad və anası ilə görüşüblər. Aparılan söhbət zamanı Poladın anası övladının xəstə olduğunu və həkimlər tərəfindən yazılan 10 günlük müalicə kursu bitdikdən sonra onu məktəbə göndərmək istədiyini bildirib.
Hazırda Poladın səhhəti tam normaldır və o, Ağdaş şəhəri 8 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Polad Novruzlu, həmçinin məktəbli forması, ləvazimatları və isti geyimlə təmin edilib.
Məşhurların maşın nömrələri - Ən bahalı nömrə kimdədir? Binəqədinin bu küçəsində yaşayan 70 ailə bu qış soyuqdan dona bilər - VİDEO “Bakubus” avtobusundan özbaşınalıq – Qırmızı işıqda keçdi - VİDEO Ticarət mərkəzləri niyə sığortalanmır? - VİDEO Azərbaycanlı ana Ermənistana aparılan oğluna qovuşdu - VİDEO Həbs edilən polkovnik azadlığa buraxıldı - RƏSMİ Məhkəmə Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayətini təmin etmədi - Küçə süpürəcək Vilayət Eyvazov Orxan Mansurzadəni yeni vəzifəyə təyin edib Cavid Qurbanovdan Bakıda yeni yerüstü metro ANONSU Xırdalanda ağacları kimlər kəsir? - FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı