Azərbaycan İdeyası

RUSİYADA ALİ TƏHSİL ALMIŞ BAYTAR İŞ AXTARIR

Tarix:9-02-2017, 13:03
Baxış Sayı:486


Bu gün Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud problemlər sırasında kadr çatışmazlığı və savadlı mütəxəssislərin azlığı ön yerdə durur. Halbuki, fermerlərin, təsərrüfat sahiblərinin ixtisaslı kadrların tövsiyəsinə və təcrübəsinə böyük ehtiyacı var. Mütəxəssislər hesab edirlər ki, bu sahədə daha böyük inkişafa və məhsulun həcminin artımına nail olmaq üçün ilk nnövbədə kadr problemi mütləq həllini tapmalı və bunun üçün stimullaşdırıcı addımlar atılmalıdır. Bu gün Azərbaycana Türkiyədən aqronom, baytar, zootexnik dəvət olunur. Belə düşünürlər ki, Aqrar Universiteti bitirmiş kadrlar işə yaramır.
Lakin nə qədər təzadlı görünsə də, bəzən hətta aqrar sahədə inkişafa nail olmuş xarici ölkələrdə müvafiq təhsil almış kadrlar da ölkəmizdə iş tapa bilmirlər. Füzuli rayonunun Bala Bəhmənli kəndində qeydiyyatda olan və yaşayan 1972-ci il təvəllüdlü məcburi köçkün Əhmədov Polad Allahverdi oğlu 4 nəfərlik ailənin başçısıdır. 1990-92-ci illərdə hava hücumundan müdafiə qüvvələrində hərbi xidmət keçib. Qəzetimizə yazır ki, ailədə işləyənləri yoxdur, acınacaqlı vəziyyətdə yaşayırlar. Polad vaxtilə Rusiya Federasiyasında yaşayıb. Orada oxuyaraq 2002-ci ildə orta ixtisas təhsilini başa vurub, 2003-cü ildə isə Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Akademiyasına daxil olub. 2007-ci ildə ali təhsilini bitirərək "baytar həkim" ixtisasına yiyələnib. Gileylənir ki, Vətənə, Bala Bəhmənli kəndinə qayıdandan sonra ixtisası üzrə iş tapa bilmir. Hara müraciət etsə də, faydası olmayıb.


“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir