Azərbaycan İdeyası

Həbs edilən icra başçısının “Şöhrət” ordeni GERİ ALINACAQ

Tarix:19-12-2019, 16:13
Baxış Sayı:102

Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və birinci müavini, YAP-ın yerli təşkilatının sədri Ramiz Tatarovun rüşvətə görə həbs olunması ölkədə əməlli-başlı səs-küy doğurub. Məsələ burasındadır ki, son illər belə yüksək çinli məmurların vəzifədən çıxarılmadan – kabinetlərində həbs olunması hadisəsinə rast gəlinmirdi.
Məlumata görə, hazırda icra başçısı və birinci müavinin ətrafında axtarış və araşdırmalar davam etdirilir.
Qeyd edək ki, həbs olunan hər iki məmur dövlət təltiflərinə sahibdirlər. Belə ki, Nizaməddin Quliyev ictimai-siyasi fəaliyyətdəki xidmətlərinə görə 2 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib Ramiz Tatarov isə 22 iyun 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 18 noyabr 2017-ci ildə isə “Tərəqqi” medalına layiq görülüb.
Maraqlıdır, orden və medallara layiq görülən vəzifəli şəxslər hər hansı xoşagəlməz əməllərinə görə saxlanılırsa, bu təltiflərdən məhrum edilə bilərlərmi?
“Konstitutsiya Araşdırmaları” Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, vəzifəli şəxs belə hallarda mütləq xüsusi addan və rütbədən məhrum edilir:
“Cinayət Məcəlləsinin 48-ci maddəsi var ki, belə hallarda vəzifəli şəxs xüsusi rütbədən, addan, təltiflərdən məhrum edilir. Bu da cəza növlərindən biridir. Bu zaman vəzifəli şəxs xüsusi rütbədən, mükafatlardan məhrum edilə bilər. Cinayət Məcəlləsinin 48-ci maddəsinin məzmunundan aydın olur ki, məhkəmə həmin cəza növünün tətbiqinin zəruriliyi nəticəsinə gəldikdə, müvafiq orqana təqdimat göndərir. Yalnız bu cəza növü birbaşa məhkəmə hökmü ilə tətbiq edilmir”.
Əliməmməd Nuriyevin sözlərinə görə, təsadüfi deyil ki, son vaxtlar ölkə prezidenti yüksək ranqlı məmurları, o cümlədən icra başçılarını vəzifəyə təyin edərkən, onları ayrı-ayrılıqda qəbul edib xüsusi tapşırıqlar verir, xəbərdarlıq edir:
“İctimai vəsaitlərdən qənaətlə və təyinatına uyğun olaraq istifadə etmək lazımdır. Yerli sahibkarları incitmək, onlardan əlavə vəsait tələb etmək olmaz. Bunlar çox mühüm tapşırıqlardı. Tutduğu vəzifəsindən, işindən asılı olmayaraq, əgər kimdənsə hansısa məlumatlar gələcəksə, onlar çox sərt cəzalandırılacaqlar.
Bu xəbərdarlıqlar həm mövcud, həm də yeni təyin olunan vəzifəli şəxslərə aiddir. Bəzi məmurlar prezidentin onların qarşısında qoyduğu vəzifələri geniş miqyasda doğrultmaq, onlara tapşırılmış vəzifəni ləyaqətlə yerinə yetirmək əvəzinə, tutduğu postun imkanlarından öz maraqlarını və şəxsi varlanmasını təmin etmək üçün sui-istifdə edir. Belə insanları ciddi cəzalandırmaq lazımdır. Ən ağır cəzaların verilməsi əhəmiyyətli faktor ola bilər”..

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO