Azərbaycan İdeyası

16 yaşlı gəlinin qətli ilə bağlı yeni faktlar: “Ərinin öldürməsinə inanmırıq, qayınatası isə...” - VİDEO

Tarix:30-01-2020, 11:01
Baxış Sayı:107


Xəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, Xoşçobanlı kənd sakini, 2001-ci il təvəllüdlü İman Məmmədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iki həftə əvvəl evləndiyi Fatimə Qəmbərovanı əlləri ilə boğaraq öldürməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Kənd sakinlərinin dediyinə görə, Fatimə və İman bir ilə yaxın nişanlı olublar və bu il yanvar ayının 10-u evləniblər, ailə-münaqişə zəminində heç bir hadisə baş verməyib. Onlar birlikdə İman Məmmədovun təhsili ilə bağlı Sumqayıt şəhərinə köçməyə hazırlaşırmış:
“Mehriban qonşudurlar. Onlardan pislik görməmişik. Heç bir söz-söhbət olmayıb. Ailələrinə yaxşı baxırlar. Bir oğulları var. Toylarında da iştirak etmişik. Hər şey qaydasında olub.
Oğlanın öldürməyinə inanmıram. O, çox ağıllı, qabiliyyətli, sakit uşaqdır. Qayınatası da Fatiməni öz balasından çox istəyirdi. Durub naharına kimi verirdi gəlininin”.


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı