Azərbaycan İdeyası

Bakıda süpürgəçi qadınları maşın belə vurdu VİDEO +16

Tarix:20-02-2020, 13:35
Baxış Sayı:90


Bakıda küçələri təmizləyən kommunal təsərrüfat işçilərinin avtomobillər tərəfindən vurulması halları tez-tez baş verir.
Bəzən gündüz saatlarında, bəzən isə hətta gecə yarısı bu işçilərin yolun hərəkət hissəsində dayanaraq təmizlik işləri aparması, yaxud yolu qaçaraq keçməsi qəzalara səbəb olur. Belə vəziyyətdə onların avtomobillər tərəfindən vurulması kimi acı nəticələr olur.
Korrupsiya-q.az avtosfer.az-a istinadla xəbər verir ki, hər iki hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Hər iki hadisə günün qaranlıq vaxtında baş verib.
İlk videoda kommunal işçisi yolu keçməyə cəhd edir. Bir zolağı keçir, ikinci zolağın sonuna çatanda isə sürətlə hərəkətdə olan avtomobil onu vurur.
İkinci hadisə də təxminən eyni ərazidə, başqa bir vaxtda baş verib. Bu dəfə isə gecə saatlarında qadın yolun hərəkət hissəsində təmizlik işləri görür.
Yaxınlaşmaqda olan sürücü qadını son anda görə bilir. Həm qadını vurur, həm də avtomobili qaçırdan zaman bardürə deyərək qəza törədir və özü də xəsarət alır.


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı