Azərbaycan İdeyası

Dənizdə bir neftçi itkin düşüb

Tarix:10-08-2020, 16:01
Baxış Sayı:203


"Ötən gün "Abşeronneft" NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlu gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib".
Bu barədə "Report"-a "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edilib ki, Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Əliyev Vidadiyə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib. "Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkçəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. İşçinin itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir",- məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı