Azərbaycan İdeyası

“Paşinyan kimi anormalla heç bir ölkə danışıq aparmaz” - Ermənistan müxalifəti

Tarix:7-01-2021, 12:23
Baxış Sayı:53


Ölkənin ikinci böyük şəhəri olan Sumqayıtda kriminal durum ürəkaçan deyil. Hər gün bir neçə oğurluq, soyğunçuluq, basqın və s. cinayət hadisələri qeydə alınır. Maraqlıdır ki, bu cinayət işlərinin sayı əslində rəsmi qeydə alındığından daha çoxdur.
NOCOMMENT xəbər verir ki, saytımızın baş redaktoru, ölkənin tanınmış iqtisadçı-jurnalisti İlham Məmmədzadə bu gün səhər polis etinasızlığı ilə üzləşib.
Belə ki, İ.Məmmədzadənin maşınının yan şüşəsi gecə saatlarında yaşadığı 36-cı məhəllədə sındırılıb. Bundan sonra soyğunçu maşının içərisində əlinə keçən qiymətli əşyaları götürərək hadisə yerindən qaçıb. Jurnalist baş vermiş hadisə barədə dərhal polis idarəsinə məlumat verib və… “Sumqayıt şəhəri kriminal hadisələri ilə yenə öndədir. Kimdirsə jurnalisti daha imkanlı hesab edir. Son 2 ildə ikinci dəfədir ki, bu hadisə baş verir. Səbəbi isə çox sadədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxılmamasıdır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır.
Vətəndaşın əmlakına basqın edilərək zərər vurulur, polis isə bildirir ki, dəymiş zərər az olduğundan cinayət işi açılmır. Sumqayıt sakinləri bilir ki, 36-cı məhəllə şəhərin mərkəzi hesab olunur. Görün indi şəhərin kənarında vəziyyət necədir.
Təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostumuzun avtomobilini oğurlamışdılar”, – deyə İlham Məmmədzadə sosial hesabında paylaşım edib.
Ümid edirik ki, tezliklə Sumqayıt şəhər Polis İdarəsi öhdəsinə düşən vəzifənin icrasına başlayacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı