Azərbaycan İdeyası

"Tarqovıy"da şok hadisə: Polis hərəkətə keçdi - TUTULANLAR VAR (FOTO+VİDEO)

Tarix:11-02-2021, 15:27
Baxış Sayı:518

Səbail rayonu ərazisindəki “Fəvvarələr” meydanında yerləşən geyim mağazalarından birinə alıcı kimi gələn şəxsin çantasından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, bu barədə Sabail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən zərərçəkən həyat yoldaşının çantasından 800 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Zərərçəkən həmçinin özünün də eyni mağazanın paltardəyişmə otağında olan zaman gödəkcəsini saxlamaq üçün azyaşlı övladına verdiyini və həmin gödəkcənin də cibindən içərisində bank kartları və sənədlər olan pul qabının oğurlandığını qeyd edib. Daha sonra oğurluq edən şəxslər kartlardan birindən 200 manat pul çıxara biliblər.
Zərərçəkən ailənin şikayəti əsasında Polis Bölməsində dərhal araşdırmalara başlanılıb. Ərazidə və mağazada olan təhlükəsizlik kameralarındakı görüntülərə baxış keçirilən zaman hadisənin hansı şəraitdə törədildiyi müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - əvvəllər dəfələrlə məhkum olunmuşlar Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasov saxlanılıblar.
Bu şəxslərin ətrafında araşdırma aparılan zaman onların Səbail rayonunda Rəsulzadə küçəsində yerləşən kofe evində olan bir müştərinin də pul kisəsini oğurladıqları məlum olub. Dəstə üzvlərinin bu cinayəti də müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Faktlarla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı