Azərbaycan İdeyası

İnterpol Boris Nemtsovun qətlinin təşkilatçısını axtarır

Tarix:29-05-2016, 15:35
Baxış Sayı:589

İnterpol məşhur siyasətçi Boris Nemtsovun qətlinin təşkilatçısı olduğu ehtimal edilən 29 yaşlı Rusiya vətəndaşı Ruslan Muxudinov barəsində axtarış elan edib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Beynəlxalq Cinayət Polisi Təşkilatının saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, R. Muxudinov qətl və odlu silahların qanunsuz dövriyyəsində günahlandırılır.

Qeyd edək ki, B. Nemtsov 28 fevral 2015-ci ildə Moskvanın mərkəzində qətlə yetirilib. B. Nemtsov 1990-cı illərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci ildə isə müxalif düşərgəyə keçib.

Qətllə bağlı ilkin istintaq başa çatıb və qətldə iştirakda təqsirləndirilən 5 nəfərə ittiham elan edilib. Qətlin sifarişçisi və təşkilatçısı ilə bağlı istintaq davam edir. Qətlin təşkilatçısının R. Muxudinova olduğu ehtimal edilir.
 İnterpol Boris Nemtsovun qətlinin təşkilatçısını axtarır

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı