Azərbaycan İdeyası

Bir ailənin 4 üzvü eyni gündə dəfn edildi: dəhşətli hadizədən YENİ XƏBƏR

Tarix:17-06-2016, 19:36
Baxış Sayı:442

Bir ailənin 4 üzvü eyni gündə dəfn edildi: dəhşətli hadizədən YENİ XƏBƏR
İyunun 17-nə keçən gecə Şəmkirdə baş vermiş dəhşətli yol qəzasında vəfat edən bir ailənin 4 üzvü bu gün dəfn edilib. Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistralında “VAZ 2106” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində ölən 1958-ci il təvəllüdlü İntizam Həsənov, onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Rəna Həsənova və gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova Yeni Həyat kəndinin məzarlığında yanaşı, R.Həsənovanın qızı 1980-ci il təvəllüdlü Xanım Bayramova isə Gəncədə dəfn edilib.

Bildirilir ki, ailə üzvləri Gəncə hava limanı yaxınlığında özlərinə məxsus soğan sahəsində alaq təmizləməkdən gəlirmiş.

Hadisə zamanı ailənin daha 3 üzvü də yaralanıb ki, bunlar dünyasını dəyişən İ. Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Röyal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramovdur. Həmçinin “Mercedes”in sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarov da yaralanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı