Azərbaycan İdeyası

İtkin düşən gəlinin müəmması: "Ərinə xəyanət edib"

Tarix:4-07-2016, 22:30
Baxış Sayı:596

İtkin düşən gəlinin müəmması: "Ərinə xəyanət edib"
Xəbər verdiyimiz kimi, iyunun 14-də Tovuzun Öysüzlü kəndində iki uşaq anası, 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb.

Aytəkin Quliyevanın atası Məzahir Quliyevanın azvision.az-a bildirdiyinə görə, hadisədən 20 gün ötməsinə baxmayaraq, qızından hələ də bir xəbər yoxdur:

“Ötən gün rayon prokurorunun qəbulunda oldum. Bildirdi ki, axtarışlar davam edir. Mən bir ata kimi övladımın öldürülməsindən şübhələnirəm. Heç bir ana 20 gün 3 balasından uzaq qal bilməz. Qızımı bəlkə də öldürüb, basdırıblar. Aytəkinin axtarışı ilə bağlı telekanallara müarciət etmişik. Efir vasitəsilə onun axtarışlarını davam etdirəcəyik”.

Qeyd edək ki, gəlinin ölümündə ittiham olunan Məzahir Əhmədov Aytəkin Quliyevanın başqa bir oğlana qoşulub qaçdığını bildirmişdi.

“Şübhələndiyimiz bir məqam var. Bir dəfə mən gəlinin əlində telefon tutmuşdum. Hansı ki, onun mobil telefonu yox idi. Soruşdum ki, kimin telefonudur. Dedi ki, qonşu qızınındır. Polis həmin qızdan ifadə aldı. O, bildirdi ki, telefon onun yox, Aytəkinin olub. Aytəkin onu məcbur edib ki, desin telefon mənimdir. Qonşunun qızı polisə ifadəsinə Aytəkinin gizli telefon işlətdiyini deyib. Bu insan gizli telefonu nə üçün işlətsin ki? Normal ana uşaqlarını atıb qaçmaz. Çox güman ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də həmin oğlana qoşulub qaçıb. Polis əməkdaşları bu iddianın inandırıcı olduğunu bildirirlər. Yalanın, oğurluğun ömrü qırx gündür. Bunun da üstü mütləq açılacaq”.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü A.Quliyeva iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb və bu günə qədər də onun harada olması barədə xəbər yoxdur.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib