Azərbaycan İdeyası

“Ded Xasan”ın yaxın adamı yoxa çıxdı

Tarix:7-07-2016, 23:06
Baxış Sayı:618

“Ded Xasan”ın yaxın adamı yoxa çıxdı
Moskva vilayət məhkəməsində mərhum kriminal avtoritet Aslan Usoyana (“Ded Xasan”) yaxın olan “qanuni oğru” Artyom Arakelyanın (Artyom Lipetski) və “avtoritet” Denis Paninin səs-küylü məhkəməsi olmalıydı. Amma... Virtualaz.org “Rosbalt”a istinadən bildirir ki, məhkəməyə aparılarkən Panin yolda müəmmalı şəkildə yoxa çıxıb.

Situasiyaya yaxın mənbənin dediyinə görə, Panin ilkin istintaq dövründə “Matrosskaya tişina”ın təcridxanasında saxlanılıb. Lakin sonradan onu 4 saylı həbsxanaya köçürüblər. Məlumata görə, 4 saylı həbsxanada onu məhbusları daşıyan xüsusi maşına mindiriblər. Ancaq o məhkəməyə gəlib çıxmayıb. O vaxtdan iki həftə keçib. Amma hələ də bilinmir ki, Paninlə bağlı nə baş verib.

Məlum olan yalnız budur ki, o hazırda paytaxtdakı həbsxana və təcridxanaların heç birində yoxdur. Xatırladaq ki, dəfələrlə həbs olunmuş Panin 2013-cü ilin yanvarında snayper tərəfindən güllələnən “Ded Xasan”ın ən yaxın, etibarlı adamlarından biri olub və onu müxtəlif riskli görüş və danışıqlarda müşayiət edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı