Azərbaycan İdeyası

İki qardaşı qanına bələyən şəxsin istəyi reallaşmadı

Tarix:30-10-2015, 16:15
Baxış Sayı:361

Bakı Apelyasiya Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Nazim Mirzəəlizadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Korripsiya və Qanun" qəzetinin məlumatına əsasən Lent.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən həm təqsirləndirilən şəxsin, həm də prokurorluğun verdiyi protest təmin edilməyib.
Qeyd edək ki, keçən il Xəzər rayonu, “Atçılıq” yaşayış sahəsində Elşən Orucov və Samir Orucov qardaşları bıçaqlanıb. Qardaşlar ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Elşən Orucovun aldığı xəsarət ağır olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Digər qardaş Samir Orucova tibbi yardım göstərilib.
Araşdırmalar zamanı qardaşların Nazim Mirzəəlizadə tərəfindən bıçaqlandığı məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı Nazim Mirzəlizadə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Mirzəəlizadə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazim Mirzəlizadə apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Baş Prokurorluqda Nazim Mirzəəlizadənin cəzasının ağırlaşdırılmasını istəyib.

Yazar

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı