Azərbaycan İdeyası

Fahişə sifariş verdi, xalası qızını gətirdilər- “Türkan” kafesində şok olay

Tarix:8-07-2016, 18:10
Baxış Sayı:310

Fahişə sifariş verdi, xalası qızını gətirdilər- “Türkan” kafesində şok olay
2332
Heç şübhəsiz ki, insan alverinin ən çirkin üsullarından biri də qadın ticarətidir. Bu bəla artıq bütün dünyanı cənginə alıb. Qadın alveri ilə bağlı problemlər, qeydə alınan cinayət hadisələri ölkəmizdə də az deyil. Demək olar ki, mütəmadi olaraq aidiyyəti qurumlar bununla bağlı məlumatlar yayır, faktlar açıqlayır. Ölkəmizdə insan alveri, xüsusilə də qadın alverinə qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bu problem hər il azalmaq əvəzinə artmaqdadır.

Azərbaycanda qadın alveri qadınları başqa ölkələrə daşımaqla, cinsi istismara məruz qoymaqla bitmir. Elə bu gün ölkə daxilində də qadın alverçiləri kifayət qədərdir. Həmin şəxslər müxtəlif adlarla ticarət və xidmət obyektləri açaraq orada açıq-aşkar qadın alveri ilə məşğul olurlar. Qadın ticarətinin şıdırğı tüğyan etdiyi yerlərin bir neçəsi hətta şəhərin mərkəzi hissələrindədir. Paytaxtın onlarla ərazisini saymaq olar ki, həmin ərazilərdə qadın alveri açıq-aşkar aparılır.

Belə obyektlərdən biri də Bakı Quba yolunun 26- 27 km-də yerləşən "Türkan" kafesidir.

Azerinews.tv-nin əldə etdiyi məlumatlara görə, "Türkan"a müştəri axınının səbəbi qiymətlərin digər pritonlarla müqayisədə nisbətən münasib olmasıdır. Belə ki, moteldə bir otağın bir gecəlik qiyməti 30-50 manat arasında dəyişir. Eləcə də fahişələr 30-100 manat arasında xidmət göstərir. Motelin "özəlliyi" ondan ibarətdir ki, bura müştərilər həm özləri ilə qız gətirə, həm də kənardan fahişə sifariş edə bilərlər.

Bir müddət əvvəl həm kafe, həm motel kimi fəaliyyət göstərən əxlaqsız yuvada qalmaqal yaşanıb. Kafeyə gələn müştərilərdən biri fahişə sifariş verib. Otağına gətirilən fahişənin doğma xalası qızı olduğunu görən gənci güclə sakitləşdiriblər. Ara sakitləşənə kimi fahişə aradan sivişib çıxa bilib. Müştəri isə obyektin sahibi Elşən Muradovu hədələyib.

Məlumatlara görə Elşən Muradov Sumqayıt polisi üçün kənar adam deyil. Məxfi məlumatları polislərə ötürən Elşənin bu baxımdan onlar tərəfindən himayə olunması deyilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı