Azərbaycan İdeyası

Bakı-Şamaxı yolunda yol qəzası - 1 ölü, 2 yaralı

Tarix:12-07-2016, 19:11
Baxış Sayı:359

Bakı-Şamaxı yolunda yol qəzası - 1 ölü, 2 yaralı
Bakı-Şamaxı yolunda 1 nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Criminal.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə iyulun 11-də axşam saat 20:00 radələrində magistral yolun 108-ci kilometrliyində, Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində qeydə alınıb. 99-FT-702 dövlət nömrə nişanlı “Nissan” və 90-EX-685 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı “VAZ 2107” markalı minik avtomobilindəki sərnişinlər -Tovuz rayon sakini 1959-cu il təvəllüdlü Bayramova Südabə Bahadur qızı, bacısı 1958-ci il təvəllüdlü Bayramova Roza Bahadur qızı, 1979-cu il təvəllüdlü Şükürova Samirə Gülbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Südabə Bayramova aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı