Azərbaycan İdeyası

Şakro Moskvada saxlanıldı – VİDEO + YENİLƏNİB

Tarix:13-07-2016, 10:55
Baxış Sayı:480


O, iki şəxsin qətlində şübhəli bilinir.

Rusiya Daxili İşlər Nazirliyi ölkənin nüfuzlu “qanuni oğru”su Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun saxlanılması anının görüntülərini paylaşıb. Şakro Molody adı ilə məşhur olan qanuni oğru Zaxari Kalaşov Moskvada saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Zaxari Kalaşov kriminal aləmdə 2013-cü ildə Ded Xasan adı ilə məşhur olan Aslan Usoyan öləndən sonra məşhurlaşdı.

Kalaşov 2015-ci ildə dekabrın 14-də Moskvada restoranın yaxınlığında iki nəfəri qətlə yetirməkdə şübhəli bilinir.

“İnterfaks”ın məlumatına görə, Kalaşov həmçinin “Element” restoranının sahibindən iri məbləğdə güclə pul almağın təşkilində ittiham edilir. Bu pul tələb etmə hadisəsi dekabrın 14-də iki nəfərin ölümü ilə nəticələnib.

Hüquq-mühafizə orqanlarında münaqişənin müəssisənin sahibləri və təmir şirkəti arasında baş verdiyi bildirilib. Hər tərəf söhbətə bir neçə adam gətirib, sonradan mübahisə atışmaya çevrilib.

Kalaşov Rusiyada dəfələrlə həbs edilib, məhkəmə qarşısına çıxıb, daha sonra isə 2008-ci ildə, cinayətkar gəlirlərin yuyulmasında təqsirkar bilinərək İspaniyada həbs edilib. Gürcüstanda Şakro qiyabi olaraq 18 il müddətinə məhkum edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı