Azərbaycan İdeyası

Bakıda bütöv ailəni xəstəxanalıq edən sürücünün kimliyi AÇIQLANDI

Tarix:13-07-2016, 10:56
Baxış Sayı:490

Bakıda bütöv ailəni xəstəxanalıq edən sürücünün kimliyi AÇIQLANDI
Bakıda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Bakının Səbail rayonu, Yeni Salyan şosesində qeydə alınıb. Bakı Su İdman Sarayının yaxınlığındakı ara küçə ilə Yeni Salyan Şosesinə daxil olan BMW markalı avtomobilin sürücüsü “yol ver” nişanının tələbini pozaraq hərəkəti davam etdirib.

BMW bu zaman şose ilə şəhər istiqamətində hərəkətdə olan Vüsal Bağırova məxsus "VAZ 2106" markalı avtomobilə çırpılıb. "VAZ 2106" zərbənin təsirindən deformasiyaya uğrayıb. Qəzadan sonra hadisəni törədən BMW markalı avtomobilin sürücüsü və sərnişinləri ərazidən uzaqlaşıblar. Qəza nəticəsində xəsarət alan bir ailənin üzvləri - "VAZ 2106"nın sürücüsü Vüsal Bağırov, həyat yoldaşı Şəfəq Bağırova və azyaşlı övladları Anar və Emin xəstəxanaya çatdırılıblar.

Həkimlər onların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

"BMW"nin sürücüsünün 1994-cü il təvəllüdlü Məmmədov Kamran Əlitürbə oğlu olması müəyyən edilib. Məlum olub ki, o, Neftçala rayon sakinidir və Nərimanov rayonunda kirayə yaşayır.

Bildirilir ki, qəzada hər iki sürücü, eləcə də V.Bağırovun həyat yoldaşı, 1984-də anadan olmuş Bağırova Şəfəq Əsəd qızı, övladları 2011-ci ildə anadan olmuş Bağırov Emil Vüsal oğlu və 2008-ci idə anadan olmuş Bağırov Anar Vüsal oğlu müxtəlif dərəcəli zədələrlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla əlaqədar Səbail Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırma aparılır.
Bakıda bütöv ailəni xəstəxanalıq edən sürücünün kimliyi AÇIQLANDI
Bakıda bütöv ailəni xəstəxanalıq edən sürücünün kimliyi AÇIQLANDI
Bakıda bütöv ailəni xəstəxanalıq edən sürücünün kimliyi AÇIQLANDI
Bakıda bütöv ailəni xəstəxanalıq edən sürücünün kimliyi AÇIQLANDI

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı