Azərbaycan İdeyası

MTN-nin tutduğu şəxs azadlığa buraxıldı

Tarix:30-06-2016, 19:27
Baxış Sayı:654

MTN-nin tutduğu şəxs azadlığa buraxıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan və narkotik maddələrin istifadəsində təqsirləndirilən şəxs barəsində Nəsimi rayon məhkəməsinin hökmündən prokurorluğunun verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, vəkil Adəm Məmmədov bildirib ki, təqsirləndirilən Nəcəf Fuad Valeh oğlu keçmiş MTN-nin əməkdaşları İbrahimov Elnur, Ələkbərov Yunis və Səfərov Əfqan tərəfindən saxlanılıb: “Həmin əməkdaşlar hüququnu müdafiə etdiyim şəxsi döyərək yaşadığı mənzilə aparıb və bir müddət axtarış apardıqdan sonra 13 saylı MKİS-nə zəng edərək iki nəfər hal şahidinin göndərilməsini tələb ediblər.

Məhkəmə istintaqı zamanı keçmiş MTN-nin əməkdaşları tərəfindən çağrılmış hal şahidləri ifadələrində göstəriblər ki, mənzilə daxil olan zamanı əməlliyat müvvəkili E.İbahimov əlində büklünü göstərərək içərisində narkotik maddə olan kokain olduğunu və təqsirləndirilən şəxsin üzərindən çıxdığını deyib.

Həmçinin hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi istintaq hərəkətində iştirak etmədiklərini və bu barədə tərtib edilmiş baxış protokolunu oxumadan imza etdiklərini göstəriblər.

Bundan başqa, keçmiş MTN-nin əməkdaşları tərəfindən hüquqlarını müdafiə etdiyim şəxsi öz mənzilənə döyərək gətirdikləri zaman sonuncunun evinin giriş hissəsində olan müşahidə kamerası olanları qeydə alıb. Həmin çəklişdən də görsənir ki, tutulan şəxsin üzərinə baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçrilib.

Eyni zamanda müşahidə kamerasının qeydə aldığı çəklişdən də görünür ki, Nəcəf Fuad Valeh oğlunun gözünün altı zərbədən qançır olub”.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokurorluğun verdiyi protest təmin edilməyərək, Nəsimi rayon Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı