Azərbaycan İdeyası

5 yaşlı Rəcəbin faciəvi ölümü... (VİDEO -FOTO)

Tarix:18-07-2016, 22:41
Baxış Sayı:338

5 yaşlı Rəcəbin faciəvi ölümü... (VİDEO -FOTO)
Zaqatalada dərəyə yıxılan azyaşlı uşaqlardan biri ölüb, digəri isə ağır xəsarət alıb. Hadisə iyulun 17-i günorta saatlarında Yuxarı Çardaqlar kəndinin yuxarı hissəsində, dağlıq ərazidə qeydə alınıb. Kanal S (Region TV) xəbər verir ki, Yuxarı Çardaqlar kənd sakinləri 2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar.

Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk Yəhyəyeva və 5 yaşlı Rəcəb Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda dünyasını dəyişib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
5 yaşlı Rəcəbin faciəvi ölümü... (VİDEO -FOTO)
5 yaşlı Rəcəbin faciəvi ölümü... (VİDEO -FOTO)
5 yaşlı Rəcəbin faciəvi ölümü... (VİDEO -FOTO)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı