Azərbaycan İdeyası

General Akın Öztürkün ifadəsi ətrafında ziddiyətlər: “Mən çevrilişi önləməyə çalışdım”

Tarix:18-07-2016, 22:46
Baxış Sayı:370

General Akın Öztürkün ifadəsi ətrafında ziddiyətlər: “Mən çevrilişi önləməyə çalışdım”
Türkiyənin Hərbi Hava Qüvvələrinin keçmiş komandanı və Yüksək Hərbi Şuranın üzvü, iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin başçısı elan edilən general Akın Öztürkün ifadəsi ilə bağlı ziddiyətli xəbərlər yayılıb. Bundan əvvəl “Anadolu” agentliyi Akın Öztürkün prokurora verdiyi ifadədə hərbi çevriliş hazırladığını və həyata keçirməyə cəhd etdiyini etiraf etdiyi barədə xəbər yaymışdı.

Lakin NTV telekanalı bildirir ki, Öztürkün ifadəsini əldə edib və orada general hərbi çevriliş cəhdində əli olduğunu inkar edir. Xəbərə görə Akın Öztürk ifadəsində bildirib: “Hərbi çevrilişi planlaşdıran və həyata keçirən şəxs mən deyiləm. Bu çevrilişi kimin planlaşdırıb həyata keçirdiyini bilmirəm. İstanbulda bir dostumun qızının toyuna qatılmalıydım, gedə bilmədim. Sabah İzmirdə noter işlərim vardı, bunu sübut edə bilərəm. Akıncı aviabzasına təyyarələr enib-qalxırdı. Televiziyadan baş verənləri izləyirdim. Hava Qüvvələri komandanı mənə təyyarələrin alçaqdan uçuşlar həyata keçirməsinə müdaxilə etməmi istədi. 5 dəqiqə ərzində aviabazada olan Baş qərargah rəisinin yanına getdim. Çevrilişi əngəlləməyə çalışdım, bunun ən böyük şahidi Baş qərargah rəisidir”.

Xatırladaq ki, general Akın Öztürk həbs olunandan sonra onun alçaldıcı görüntüləri yayılıb. Öztürkün üzündə işgəncə əlamətləri görünür, onun qulağı sarğılıdır və kəsildiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı