Azərbaycan İdeyası

"Şakro Molodoy"dan 1 mln. dollar rüşvət alan komitə rəhbərləri həbs olundu

Tarix:20-07-2016, 11:54
Baxış Sayı:326

"Şakro Molodoy"dan 1 mln. dollar rüşvət alan komitə rəhbərləri həbs olundu
Moskvanın Lefortov rayon məhkəməsi Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəhbərinin müavini Denis Nikandrov barəsində rüşvət alması ilə bağlı iş üzrə sentyabrın 15-dək həbs-qətimkan tədbirinin seçib. APA-nın məlumatına görə, sentyabrın 15-dək həbs-qətimkan tədbiri həmçinin Rusiya İstintaq Komitəsinin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Maksimenko və onun müavini Aleksandr Lamonov barəsində də seçilib.

Məlumata görə, Nikandrov, Maksimenko və Lamonov rüşvət almaları barədə ittihamı qəbul etməyiblər. Rusiya İstintaq Komitəsinin saxlanılan üç rəhbər şəxsi “qanuni oğru” Şakro Molodoydan (Zaxariy Kalaşov) rüşvət almaqda şübhəli bilinirlər.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti ötən gün Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəhbərinin müavini Denis Nikandrovu saxlayıb. Federal Təhlükəsizlik Xidməti qeyd olunan şəxsləri 2016-cı ilin yanvarından izləyib.

FTX-dən verilən məlumata görə, saxlanılan şəxslər səlahiyyətlərini aşmaqda və rüşvət almaqda şübhəli bilinirlər. Onların iş yerlərində və evlərində axtarış aparılır.

Məlumata görə, Nikandrov böyük məbləğdə pul müqabilində “Şakro Molodoy”un cinayət işi ilə bağlı məsələni “həll edəcəyini” vəd edib. Onun bir milyon dollar rüşvət aldığı bildirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı