Azərbaycan İdeyası

Daha 3 xarici şirkət Azərbaycandan getdi

Tarix:21-07-2016, 10:49
Baxış Sayı:532

Daha 3 xarici şirkət Azərbaycandan getdi
Azərbaycanda fəaliyyət göstərən daha 3 xarici şirkət ölkədəki nümayəndələyini ləğv edib



Bu haqda Vergilər Nazirliyi xəbər verir.

Nümayndəliyini ləğv edənlər Rusiya, Böyük Britaniya və İsveçrə şirkətləridir.

Rusiyanın “AKTAVİS”, Böyük Britaniyanın “Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED” və İsveçrənin “SCHERİNG-PLOUGH CENTRAL EAST AG” şirkətlərinin nümayəndəliklərinin ləğv edilməsinin səbəbi açıqlanmır.

Adıçəkilən şirkətlərin kreditorı tələbləri varsa, 2 ay ərzində bildirə bilərlər.

Bu ilin əvvəlindən Azərbaycandakı bir sıra xarici şirkətlər fəaliyyətlərini dayandırıblar.

Bunların arasında Türkiyə-Küveyt birgə müəssisəsi «Turkapital Holding»,Sinqapurun «Petro Singapore Trading PTE Ltd.» və Belçikanın yeyinti məhsulları şirkəti «Puratos» var.

Habelə, Fransanın «Technip Maritime Overseas LTD» və İtaliyanın «Maccaferri Azerbaijan» MMC şirkətləri də Azərbaycanda fəaliyyətlərini dayandırıblar.

Müstəqil iqtisadçılar bunu ötən il ölkədə 2 devalvasiyanın baş verməsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı