Azərbaycan İdeyası

"Başımdakı ağrılara görə çəkirəm" - Keçmiş məhkum (FOTO)

Tarix:22-07-2016, 11:21
Baxış Sayı:330

"Başımdakı ağrılara görə çəkirəm" - Keçmiş məhkum (FOTO)
Şəmkir sakini həyətyanı sahəsini narkoplantasiyaya çevirib. Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkirdə narkotik əkib-becərməklə məşğul olan rayon sakini saxlanılıb. Polis onun yaşadığı evdən külli miqdarda çətənə kolları və qurudulmuş marixuana aşkar edib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Polis bu dəfə həyatyanı sahəsindən cinayət əməli üçün istifadə edən şəxsin kimliyini müəyyənləşdirib. Təzəkənd sakini, 46 yaşlı Vasib İsgəndərovun evinə baxış keçirilib. Oradan aqrotexniki qaydada qulluq göstərilərək becərilən çətənə kolları aşkarlanıb. İsgəndərovun evindən istifadə üçün hazır olan qurudulmuş marixuana da tapılıb.

Bəxtiyar Rəhimov - baş müstəntiq: "Vasib İsgəndərov evinin həyatyanı sahəsində xüsusi ustalıqla yer hazırlayıb. Həmin ərazidə 24 ədəd çətənə kolunu aqrotexniki qayadada qulluq göstərərək becərib. Bundan başqa, onun mənzilindən 122,18 qram qurudulmuş marixuna da aşkarlanaraq götürülüb”. Saxlanılan Vasib İsgəndərov narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib. Buna qədər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Rusiyada 9 il məhkumluq həyatı yaşayan İsgəndərovun bu sözləri heç də inandırıcı səslənməyib.

Vasib İsgəndərov - saxlanılan şəxs: "Mən onun istifadəçisiyəm. Onları da özüm üçün əkmişdim. Satmaq fikrim olmayıb. Başımda müəyyən ağrılar var, ona görə qəbul edirəm". Vasib İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib. Açılan cinayət işi üzrə araşdırma aparılır.
"Başımdakı ağrılara görə çəkirəm" - Keçmiş məhkum (FOTO)
"Başımdakı ağrılara görə çəkirəm" - Keçmiş məhkum (FOTO)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı