Azərbaycan İdeyası

eBay-da "Günəşli nefti"nin satışı dayandırıldı - SOCAR-ın tələbi ilə

Tarix:29-07-2016, 21:52
Baxış Sayı:550

eBay-da "Günəşli nefti"nin satışı dayandırıldı - SOCAR-ın tələbi ilə
Ötən gün Criminal.az saytı Ebay şirkətinin Azərbaycana qarşı etdiyi təxribatla bağlı məlumat öz nəticəsini verdi. Həmin yazıda dünyaca məhşur şirkətin ölkəmizə qarşı təxribaçı mövqeyi açıq-aydın görünürdü. "Günəşli yatağından xam neft" yazısı olan məhsulun şəklində Azərbaycanın xəritəsində işğa olunmuş ərazilər silinmişdi. Bundan sonra məsləyə Socar qarışaraq müsbət nəticəyə nail olub.

Bunu da oxu: Dünyaca məhşur şirkət Azərbaycanı təhqir etdi - FOTO
Criminal.az Trend-ə istinadən bildirir ki, şəkildə göstərilən məhsulun üzərində Azərbaycan Respublikasının xəritəsi təhrif olunub, eyni zamanda "Azəri-Çıraq-Günəşli" yataqlarının ehtiyatları barədə yalnış məlumat verilib, yataqdakı resurslar hazırda 9 mrd barel həcmində qiymətləndirildiyi halda 6.4 mlrd. barrel göstərilib.

SOCAR-ın apardığı araşdırmalardan məlum olub ki, həmin şəklin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur və Böyük Britaniyada yaşayan özəl bir satıcı bu şəkili özünün Ebay satış məkanında yerləşdirib.

Şəkildəki məhsulun satıcısı ilə əlaqə yaradılaraq üzərində yalnış məlumatlar olan məhsulun Ebay səhifəsindən çıxarılması tələb edilib. Məhsulun üzərində yol verilmiş təhriflərə görə üzr istəyən satıçı SOCAR-ın tələbini dərhal yerinə yetirib. Hazırda "Günəşli yatağından xam neft" məhsulunu Ebay-da əldə etmək mümkün deyil.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı