Azərbaycan İdeyası

Günəşli”də neft dağıntısı yoxdur

Tarix:18-12-2015, 15:34
Baxış Sayı:439

Günəşli”də neft dağıntısı yoxdur


SOCAR “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən ötən sutka ərzində aparılmış növbəti monitorinqin nəticələri haqqında məlumat yayıb.
"Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən bildirir ki, nəticələr barədə məlumatda deyilir: Monitorinqlər havadan helikopterlər, dənizdən gəmilər vasitəsilə bütün gün ərzində davam etdirilib. Müşahidələr və analizlər göstərir ki, qəza rayonunda neft dağıntısı yoxdur. Yanan neft quyularının söndürülməsi dənizə neft dağılmaları təhlükəsinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb.
Ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün ərazidə olan ixtisaslaşdırılmış “Məmməd Süleymanov” gəmisindən alınan məlumatlar da hava və dəniz müşahidələrinin nəticələrini təsdiqlənib. İşçi qrup bir daha qətiyyətlə bildirir ki, indiyə qədər “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınyıb. Mümkün neft dağılmalarına qarşı dəniz səthinə düzülmüş xüsusi bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması məqsədi daşıyır.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupun tərkibində fəaliyyət göstərən Fövqəladə hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssiləri monitorinqləri davam etdirilər.
Eyni zamanda “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupa təqdim olunur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı