Azərbaycan İdeyası

Sahibkarı qaçırıb 60 min manat istədilər - DƏSTƏ HƏBS EDİLDİ

Tarix:2-08-2016, 10:47
Baxış Sayı:331

Sahibkarı qaçırıb 60 min manat istədilər - DƏSTƏ HƏBS EDİLDİ
Zaqatala rayonunda sahibkara qarşı quldurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Criminal.az-a verilən məlumata görə, iyulun 3-də Zaqatala rayonunun Aşağı Tala kənd sakini Ramiz Quliyev Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün yaşadığı kəndin ərazisindən həmkəndliləri Kamil Həmzəyev, Elçin Zeynalov və Anar Məmmədov tərəfindən avtomobilə oturdularaq kəndin kənarına aparılmasını, orada onu bıçaqla hədələyib 60000 manat pul tələb edilməsini, vermədiyindən döyülməsini və ayağına bıçaqla xəsarət yetirilməsini bildirib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədov tutulub. Onun evinə baxış zamanı 608 qram marixuana, “İJ” markalı tüfəng və 42 ədəd patron aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə Kamil Həmzəyev və Elçin Zeynalov da tutulublar.

Qeyd edək ki, R. Quliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı