Azərbaycan İdeyası

Erməni maşınla azərbaycanlını vurdu

Tarix:6-08-2016, 21:58
Baxış Sayı:281

Erməni maşınla azərbaycanlını vurdu
Gürcüstanda Ermənistan vətəndaşının idarə etdiyi avtomobil azərbaycanlını vurub. Criminal.az-ın APA-ya istinadən məlumatına görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndindən keçən magistral yolda baş verib.

Ermənistan vətəndaşının idarə etdiyi avtomobil həmin kəndin sakini Mübariz İsgəndər oğlu Həsənovu vurub. Yuxarı Saral kənd sakini, yazıçı Əli Abbas bildirib ki, hadisəni törədən Ermənistan vətəndaşı qaçmağa cəhd etsə də, həmin yolla hərəkət edən Azərbaycana məxsus avtomobilin sahibi buna mane olub.

Belə ki o, erməni sürücünün arxasınca düşərək onu dayandıra bilib. Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları cinayət törədib qaçmağa cəhd edən Ermənistan vətəndaşını saxlayıblar. Qəza nəticəsində ciddi xəsarətlər alan M. Həsənov xəstəxanaya yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağır olaraq qalır. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı