Azərbaycan İdeyası

Ata və ana 6 yaşlı qızını öldürüb tonqalda yandırdı, sonra... - FOTO

Tarix:10-08-2016, 13:16
Baxış Sayı:421

Ata və ana 6 yaşlı qızını öldürüb tonqalda yandırdı, sonra... - FOTO
Qızlarının göldə boğulduğunu deyən ata və ana bir neçə gün əvvəl polislərə "tamaşa" oynayıb. Valideynlər polisə verdiyi məlumatda 6 yaşlı qızları - Veronikanın avqustun 6-da evdən çıxdığını və suda batdığını deyib.

Polis dərhal axtarışa başlayıb, axtarışlara könüllülər də qoşulub. Moskva ətrafı göldə itkin düşən Veronika Çernikovanı şəhərin bütün polisləri və yüzlərlə könüllüləri axtarsa da, heç bir nəticə əldə etmək mümkün olmayıb.
Ata və ana 6 yaşlı qızını öldürüb tonqalda yandırdı, sonra... - FOTO
Qeyd edək ki, Veronika cütlüyün ögey qızı olub. Cütlük onu bir neçə il əvvəl uşaq evindən götürüb. Avqustun 8-də Çerkikov ailəsinin qəfil yoxa çıxması polisə qəribə gəlib. Evdə heç kəs olmayıb, telefon zənglərinə cavab verilməyib. Lakin müstəntiqlərin və əməliyyatçıların səyi nəticəsində kişi ilə qadının harada gizləndiklərini öyrənmək mümkün olub. Bundan sonra qızın yoxa çıxmasında cütlüyün əli olduğuna dair heç bir şübhə yeri qalmayıb.

Belə ki, şübhəli bilinənlər Gümüş Göllər qəsəbəsində qəbiristanlığın ərazisində tapılıb, hər ikisi sərxoş vəziyyətdə olub. Moskva vilayəti üzrə istintaq komitəsinin rəhbərinin baş köməkçisi Olqa Vradiy bildirib ki, ögey valideynləri cinayəti etiraf edib. Onlar qızın guya hələ aprel ayında hamamda boğulduğunu və baş verən hadisədən qorxduqları üçün meyitdən yaxa qurtarmaq qərarına gəlib və qızı tonqalda yandırıblar.

Ögey valideynlər qızın yoxa çıxmasını uzun müddət hamıdan gizlədə bilib. Lakin sabah qəyyumluq orqanlarının əməkdaşlarının onlara gələcəyini eşidəndə polis çağırıb qondarma "tamaşa" oynayıblar. İndi müstəntiqlər ər-arvadın deidklərinin nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlayır və qızın cəsədinin axtarışları aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı