Azərbaycan İdeyası

Daha bir MTN agenti həbs edildi - FOTO

Tarix:11-08-2016, 11:22
Baxış Sayı:563

Daha bir MTN agenti həbs edildi - FOTO
DTK və MTN-in keçmiş agenti (keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən iş stajı olan agent), Azərbaycanda məşhur fırıldaqçı-dələduz, Ayaz Mütəllibovun Moskvada mühacirətdəki mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) Ağdamda həbs olunub. Bu barədə virtualaz.org-a rayondakı mənbə bildirib. Mənbəyə əsasən, Teylor Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib. 2000-ci illərin əvvəllərində T.Fətişoğlu Moskvada mühacirətdə olan A.Mütəllibovun tırəfdarlarının sırasında, digər agentlərlə birlikdə MTN sıralarına daxil edilib.

Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. Fırıldaqçının toruna 20-dən çox vətəndaş düşüb ki, onlara 100 min manatdan artıq ziyan vurulub. MTN agentinin barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanıb. Qeyd edək ki, ötən ayın əvvəlində haqqin.az-da Ağdam rayon sakinlərinin şikayəti əsasında günün günorta çağı Teylor tərəfindən Ağdamda törədilmiş oğurluqdan bəhs edən yazı dərc edilmişdi.
Daha bir MTN agenti həbs edildi - FOTO
Bu əməlləri Teylor rayonun icra başçısı Raqub Məmmədovun adından itifadə edərək törətmişdi. Dələduzun rayonun başçısı ilə yaxın münasibətlərindən burada çoxunun xəbəri var, buna görə də, on minlərlə manat həcmində borc alınmış pullar Teylora etibar edilərək verilirdi ki, o bunun müqabilində kimisə hansı vəzifəyə işə düzəltsin. Lakin vəzifələri satın almaq mümkün olmadı.

Aldadılmış vətəndaşlar Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdilər. Göründüyü kimi, istintaqın ilk əlamətləri sezilməkdədir. Xatırladaq ki, jurnalist, MTN agenti Fikrət Fərəməzoğlunun həbsindən sonra Teylor Fətişoğlu ikinci ifşa edilmiş və Mahmudov cinayətkar qruplaşmasında fəaliyyət göstərmiş xüsusi xidmət agentidir.

F.Fərəməzoğlu və T.Fətişoğlu uzun müddət MTN-in ntiterror mərkəzi ilə əməkdaşlıq ediblər. MTN-dəki əlaqələrinə istinad edərək, F.Fərəməzoğlu və T.Fətişoğlu, həmçinin xüsusi xidmət orqanlarının gizli əməkdaşları şəbəkəsinə daxil olan digər jurnalistlər iş adamlarını və başqa-başqa işgüzar dairələri öz saytlarında ifşaedici materialların dərci ilə qorxudaraq reketlə məşğul olublar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik